"Azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq” - Ərdoğan İlham Əliyevlə telefonla danışdığını dedi, həmsədr ölkələri sərt tənqid etdi
24-10-2020 [15:58]
“Bu səhər İlham Əliyevlə telefonla danışdım".
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Kayseridə keçirilən bugünkü toplantısında deyib.
O bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir: "Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edərək, torpaqlarını geri almağa başlayıblar”.
Ərdoğan Azərbaycana sonadək dəstək verəcəklərini bir daha təkrarlayıb: “Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.
O, Minks Qrupunun həmsədri kimi Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib: “Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu, sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır. Minsk qrupunda da təmsil olunurlar".
Ərdoğan daha sonra Minsk Qrupunun fəlaiyyətini tənqid edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz.
İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”.
MİA.AZ
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub