“SOCAR-AQŞ”-nin direktoru dəyişdi - Yeni təyinat

img

24-10-2020 [14:29]


“SOCAR-AQŞ” MMC-nin direktoru Ramin İsayev öz xahişi ilə vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Samir Mollayevə həvalə olunub.

O, bundan əvvəl “Nobel Oil LTD” şirkətində rəhbər vəzifədə çalışıb.

Xatırladaq ki, “SOCAR-AQŞ” 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Onun nizamnamə kapitalı 381 min manatdır. Şirkətin təsisçiləri 13,4% payla Dövlət Neft Şirkəti (SOCAR), 73,8% payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8% payla “Abşeron Qazma” MMC-dir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR