Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu: bir yeniyetmə həlak oldu - Prezidentin köməkçisindən açıqlama

img

24-10-2020 [11:05]


“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı müharibəsi davam edir”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində bildirib: “Azərbaycanın Tərtər şəhərinə gələn “Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsümüdür".

Digər xəbərlər
SON XƏBƏRLƏR