DİM-dən kolleclərə qəbul olunanlara - Xəbərdarlıq

img

23-10-2020 [16:49]


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər oktyabrın 26-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, 23 oktyabr saat 15:30-a olan məlumata əsasən qəbul olunan abituriyentlərin 45%-i qeydiyyatdan keçib. Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər oktyabrın 26‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR