Daha bir erməni əsir başına gələnlərdən danşdı: "Qarabağ Azərbaycanındır..."
23-10-2020 [13:57]
“Mən erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə məxsus olmayan torpağa görə döyüşmək lazım deyil”.
Bunu Azərbaycan Ordusuna əsir düşmüş erməni əsgər Valeri Aşotoviç Ayrapetyan erməni xalqına müraciətində deyib.
1997-ci ildə Xankəndində anadan olduğunu bildirən V. Ayrapetyan 2014-2016-cı illərdə hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra ölkədə aldadıldıqlarını gördükdən sonra ailəsi ilə Moskvaya köçdüklərini söyləyib: “Moskvada anbarda yükdaşıyan işləyirdim. Sentyabrın 1-də vizamın müddətini artırmaq üçün Xankəndinə gəldim. Bu zaman Dağlıq Qarabağda hərbi əməliyyatlar başladı.
Qarabağın Ermənistan torpağı deyil, Azərbaycan torpağı olduğunu anladığımdan mən döyüşə getmək istəmirdim. 28 sentyabr tarixində mənə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və heç yerə getmədim. Bir gün sonra - 29 sentyabrda 3 nəfər bizə gəldi. İkisinin əlində avtomat vardı, biri isə zabit idi. Zabit səfərbərlik elan edildiyini söylədi və çağırışdan boyun qaçıracağım təqdirdə həbs ediləcəyimi bildirdi. Mən onlarla birlikdə getdim. Orada təxminən 40 nəfər olardı, iki hərbi avtomobil ayrılmışdı. Onlardan əvvəlcə hara getdiyimizi soruşdum. Dedim ki, ön xəttə getməyəcəyəm, döyüşməyəcəyəm. Onlar mənə döyüşməyəcəyimi bildirdilər, əlavə etdilər ki, 3-4 gün ərzində üçüncü xətdə olacam, bundan sonra isə məni dəyişəcəklər və Xankəndinə gedəcəm. Mən razılıq verdim və bizi hərbi maşınlarda Hadrutda ön xəttə gətirdilər. Zabit dedi ki, biz geri çəkilməliyik. Orada demək olar 400 nəfər var idi. Biz Füzuli tərəfdə idik, atəş altına düşdük. Mən dərhal qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm. Ona görə də ancaq güllədən və müharibədən qaçmaq qalır. Mənə 8 nəfər də qoşuldu. Biz dağlarla getməyə başladıq. Hara getdiyimizi və bundan sonra nə edəcəyimizi bilmirdik. Növbəti gün, artıq hava işıqlaşanda, yuxudan oyananda azərbaycanlı hərbçilərin səsini eşitdim. Həmin vaxt onlar nə isə deyirdilər. Biz dedik ki, döyüşmək istəmirik. Çünki bura bizim torpağımız deyil, bizi bura məcburi şəkildə gətiriblər. Biz indi də heç nə istəmirik, təslim olub, sadəcə yaşamaq istəyirik. Onlar bizi əsir götürdülər. Bizi sonra gətirdilər və düşünürəm ki, indi hər şey yaxşılığa doğru gedir”.
Erməni əsir erməni xalqına müraciətində övladlarını müharibəyə göndərməməyə çağırıb: “Oğlan uşaqlarını, kişiləri boş yerə ölmək üçün müharibəyə göndərməyin. Əvvəllər olduğu kimi, Azərbaycanın tərkibində olan Qarabağda daha yaxşı yaşamaq mümkündür. Azərbaycanlılar və ermənilər qonşuluq şəraitində yaşayıblar. O zaman hər şey yaxşı idi. Mən indi əsirlikdəyəm. Mənimlə burda çox yaxşı rəftar edirlər. Mən bu münasibəti görüb sizə müraciət edirəm ki, düşünmək lazımdır, başa düşmək lazımdır. Bu qədər insanı boş yerə həyatdan məhrum etmək lazım deyil”/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"