PUTİN QARABAĞDAKI VƏZİYYƏTDƏN DANIŞDI, ABŞ və TÜRKİYƏYƏ MESAJ VERDİ:  "Çox diqqətli davranmalıyıq..."

img

22-10-2020 [20:46]


“Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” klubunun iclasında deyib.

O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: "Rusiyanın Ermənistan və Azərbaycanla münasibətləri bu ölkələrin ABŞ və Türkiyə ilə qarşılıqlı fəaliyyətindən çox fərqlidir. Bu səbəbdən əlbəttə ki, xüsusi bir məsuliyyət hiss edirik və bu baxımdan çox diqqətli davranmalıyıq. Ancaq bu çərçivədə ABŞ, Fransa və qrupun digər üzvlərinin dəstəyi bizim üçün çox vacibdir".

Putin Qarabağda insanların həlak olmasını faciə sayıb və əlavə edib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməzdi: "Bizim üçün Ermənistan və Azərbaycan bərabərhüquqlu tərəfdaşdır. Və insanlar orada öldükdə bu bizim üçün böyük bir faciədir. Həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik. Bildiyiniz kimi, həm Prezident Əliyevlə, həm də Baş nazir Paşinyanla çox sıx əlaqə saxlayıram. Gündə bir neçə dəfə onlarla telefonla danışıram. Gündə bir neçə dəfə. Mən çox istərdim ki, bu kompromis tapılsın...".

Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək".

Rusiya Prezidentinin sözlərinə görə, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri növbəti dəfə Moskvada olub: "Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət edəcək və  nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik".

Putin onu da deyib ki, Rusiya Federasiyası ilə Türkiyənin Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeləri həmişə üst-üstə düşmür: "Lakin Qarabağla bağlı danışıqlar 30 ildir nəticə vermirsə, bu atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir. Moskva siyasi həll tərəfdarıdır.  Bu, Türkiyə prezidentinin davamlı mövqedir, o, Krımı tanımır, Dağlıq Qarabağı tanımır. Bəs bizim tərəfimizdən mövqe necədir? Biz hər kəslə inadla çalışmalı, səbrli olmalı və hər kəsə mövqeyimizin doğru olduğunu sübut etməliyik və biz bu mövqedə qərarlı olacağıq. Mövqelərimiz və yanaşmalarımızın üst-üstə düşmədiyi yerdə bir uzlaşma axtarılmalıdır".

Putin deyib ki, Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır: "Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı (Putin burada Türkiyəyə satdıqları S-400 raket kompleksini nəzərdə tutur - Mia.az) Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR