PUTİN QARABAĞDAKI VƏZİYYƏTDƏN DANIŞDI, ABŞ və TÜRKİYƏYƏ MESAJ VERDİ: "Çox diqqətli davranmalıyıq..."
22-10-2020 [20:46]
“Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” klubunun iclasında deyib.
O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: "Rusiyanın Ermənistan və Azərbaycanla münasibətləri bu ölkələrin ABŞ və Türkiyə ilə qarşılıqlı fəaliyyətindən çox fərqlidir. Bu səbəbdən əlbəttə ki, xüsusi bir məsuliyyət hiss edirik və bu baxımdan çox diqqətli davranmalıyıq. Ancaq bu çərçivədə ABŞ, Fransa və qrupun digər üzvlərinin dəstəyi bizim üçün çox vacibdir".
Putin Qarabağda insanların həlak olmasını faciə sayıb və əlavə edib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməzdi: "Bizim üçün Ermənistan və Azərbaycan bərabərhüquqlu tərəfdaşdır. Və insanlar orada öldükdə bu bizim üçün böyük bir faciədir. Həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik. Bildiyiniz kimi, həm Prezident Əliyevlə, həm də Baş nazir Paşinyanla çox sıx əlaqə saxlayıram. Gündə bir neçə dəfə onlarla telefonla danışıram. Gündə bir neçə dəfə. Mən çox istərdim ki, bu kompromis tapılsın...".
Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək".
Rusiya Prezidentinin sözlərinə görə, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri növbəti dəfə Moskvada olub: "Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət edəcək və nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik".
Putin onu da deyib ki, Rusiya Federasiyası ilə Türkiyənin Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeləri həmişə üst-üstə düşmür: "Lakin Qarabağla bağlı danışıqlar 30 ildir nəticə vermirsə, bu atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir. Moskva siyasi həll tərəfdarıdır. Bu, Türkiyə prezidentinin davamlı mövqedir, o, Krımı tanımır, Dağlıq Qarabağı tanımır. Bəs bizim tərəfimizdən mövqe necədir? Biz hər kəslə inadla çalışmalı, səbrli olmalı və hər kəsə mövqeyimizin doğru olduğunu sübut etməliyik və biz bu mövqedə qərarlı olacağıq. Mövqelərimiz və yanaşmalarımızın üst-üstə düşmədiyi yerdə bir uzlaşma axtarılmalıdır".
Putin deyib ki, Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır: "Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı (Putin burada Türkiyəyə satdıqları S-400 raket kompleksini nəzərdə tutur - Mia.az) Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".
MİA.AZ
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib