PAŞİNYAN ŞUŞADA MATƏM YALLISI OYNAYIR! - "91-lər"in üzvü yazır

img

22-10-2020 [17:17]


Ariz Abduləliyev, 
91-lər siyasi hərəkatının üzvü, jurnalist

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ müharibəsi ilə bağlı xalqa müraciətlərindən birində bunları dedi: "Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Möhtərəm cənab Prezidentimizin - Ali Baş Komandanın bu müraciətində söhbət Nikol Paşinyanın Şuşada, Cıdır düzündə yallı oynamasından gedir.  Azərbaycan xalqının milli qüruruna toxunan bu mənfur hadisə 2019-cu il, mayın 9-da baş vermişdi.  

Ermənistan baş nazirinin Şuşaya - Azərbaycanın qədim tarixi şəhərinə səfər etməsində (2019, 8-10 may) məqsəd nə idi? Mediaya istinad etsək, N.Paşinyanın öz ailəsi, dostları, generalları, ictimai xadimləri, İrəvan rəsmiləri ilə Şuşaya səfəri xüsusi məqsəd daşıyırdı: 9 mayı gününü - Şuşanın işğal olunduğu gün 27 illik "Şuşa azadlığını", Böyük Vətən müharibəsinin ildönümünü (əslində, o illərdə erməni faşist birləşmələrinin anti-Rusiya "qəhrəmanlığını") və "məğlubedilməz Qarabağ ordusu"nun yaradıldığı günü bayram etmək.  Bir fakt da məlumdur ki, N.Paşinyan məlum "siyasi" səfərində Cıdır düzündə böyük kef məclisi quraraq, Şuşanı işğal edən "qəhrəman" erməni ordusunun sağlığına badələr qaldırmış, keflənib məclisin tamadalığını eləmiş, üstəlik donqli ətrafı ilə yallı oynamışdı. 

Səbəbi sadə və aydındır: Bütün ermənilər kimi o da ağlında və genomunda keçmiş əcdadlarının xəstə gen informasiyalarını daşıyır və buna rəğmən öz çağdaş seperatçı sələflərinə oxşayır. N.Paşinyan 0,2 baytlıq yüngül ağlı və 48 xromosomluq (insana məxsus olmayan) anormal və qeyri-sağlam DNK-sı ilə 2 ildir qana bilmir ki, Şuşa ermənilərin torpağı deyil.  Adi tarixi həqiqəti dərk edə bilmir ki, Şuşa, Cıdır düzü, bütövlükdə Qarabağ azərbaycanlıların tarixi vətənidir, dədə-baba yurdumzdur, milli-mədəni ənənələrimizin qədim məkanıdır. Anlamırdı ki, işğalçı Ermənistan və qondarma "dqr" Azərbaycan torpaqlarına, xalqına, sərvətlərinə və mədəniyyətinə qarşı bütün qəsbkarlıq, terror, antihumanist əməllərinə görə bir gün bizdən yaxşıca "qulaqburması" görəcəklər,  layiqli cəzalarını alacaqlar. 

Şizofreniya, salon idiotu, debilizm və  oliqofreniya kimi ağıl azlığı  xəstəliklərini öz psixikasında, eləcə də dünya tibb elminə məlum "erməni xəstəliyi"ni genində və ruhunda daşıyan Nikol Paşinyan - burnunun ucundan uzağı görə bilməyən kloun təbiətli bu gicbəsər baş nazir (baş düdük) öz ətrafı ilə heç qana bilmədi ki, on illərlə davam edən bu işğal, bu terror, bu "bespredel", bu kef-damaq, bu badə-tost, bu əminlik, bu qantökənlik, bu talançılıq, bu qanunsuzluq, bu yalanlar, bu qudurğanlıq, bu qalibanə əda və təkəbbür, bu dingildəmək və saxta "tarixi bayramlar", bu haqsız qantökmələr nə vaxtsa onlara çox baha başa gələcək. Deyirlər, qanmayanı həmişə dörd ədalətli üsulla qandırıblar: ya xoşluqla (qanunlara riayət etməklə), ya dalana salıb qarşısına çıxılmaz şərt qoymaqla, ya üzbəüz oturub məsləhət-məşvərət etməklə, ya da fiziki güclə, döyməklə, əngini dağıtmaqla. Vəssalam. İşğalçı və separatçı Ermənistanı indiyə qədər bunlardan üçü ilə qandırmaq mümkün olmadı, nəhayət, növbətən layiq olduqları N.Paşinyan hakimiyyətə gəldi və özünün qanması üçün sövq-təbii dördüncü üsulu seçdi. Bu da ədalətli dördüncü üsul. Deyəsən, qanıb axı...    

***

Baş nazir N.Paşinyanın öz rəsmi gədə-güdə dəstəsi ilə səfərə gəldiyi məkanın tarixi, çoğrafi, siyasi, mədəni və mənəvi koordinatlarına diqqət edək: 

- Qarabağ diyarı. Azərbaycanın qədim tarixi torpağıdır, mədəniyyət və ənənələr beşiyidir; 

- Dağlıq Qarabağ. Azərbaycan  Respublikasının dövlət ərazisinin de-yure və de- facto tərkibidir; 

- Şuşa. Qədim Azərbaycan şəhəridir; 

- Cıdır düzü. Azərbaycan ərazisidir, Azərbaycan xalqının müxtəlif bayram şənliklərinin və ənənələrinin keçirildiyi tarixi-çoğrafi məkandır, Azərbaycanın möhrəşəm təbiət abidəsidir;   

- Yallı. Azərbaycan xalqının qədim rəqs mədəniyyətidir;  

- "Çimkənd yallısı".  Azərbaycanda qədim yallı növlərindən biridir.

Çimkənd  Qazaxıstanda yaşı erkən orta əsrlərdən başlayan ən qədim və ən iri yaşayış məskənkərindəndir. Hazırda Cənubi Qazaxıstan vilayətinin mərkəzi sayılır.

Türkəsilli mədəniyyətə, tarixə və əhaliyə malik yaşayış məskəni kimi tanınır. Yallının Qərbi Azərbaycan sənətkarları tərəfindən folklor örnəkləri əsasında yaradılması və "Çimkənd" adlandırılması təsadüfi deyil. Bu fakt bir tərəfdən, musiqimizdə ortaq türk mədəni təfəkkürünü və əlaqələrini ehtiva edir, digər tərəfdən türk toponimik adlarının Azərbaycan xalq musiqisindəki daha bir nümunəsi kimi özünü göstərir.  

Ermənilərin bu rəqsi "Şurcpar" adlandırması, əslində erməni plagiatına daha bir yetərli sübutdur. Melodiyası, intonasiyaları şəksiz bizim olan bu rəqsi Şuşada ifa etmələri azmış kimi, adını da dəyişib "erməniləşdiriblər". Başa düşmürlər ki, qoyduqları ad da özlərinin deyil. "Şur" Azərbaycan muğamının adıdır, bir çox mahnı, rəqs və təsniflərimiz bu muğamın üzərində qurulub, "par" ("bar") isə Türkiyədə türklərin öz dairəvi rəqslərinə - yallı tipli rəqslərinə verdiyi ümumi addır. "Şurcpar", yəni dilimizdəki "Şurca bar" - "Şurda qurulan rəqs" anlamını daşıyır.    

- Oyanılan yallının melodiyası, ritmi, intonasiyaları və xoreoqrafiyası. Tam  olaraq Azərbaycan ənənəvi musiqisinə xas olan tarixi və nəzəri xüsusiyyətlərdir;  

- Zurna, balaban, tar, kamança, dəf, nağara. Həmin gün Şuşada Paşinyanın  oynamağını müşayiət edən "Karin" ansamblındakı bu alətlər Azərbaycan xalqının qədim nəfəs, simli  və zərb alətləridir, yallı və cəngi musiqisini ifa edən ən qədim milli alətlərimizdir. 

Deməli, torpaq da, şəhər də, məkan da, rəqs də, musiqi də, alət də məhz Azərbaycana məxsusdur. Belə olan halda, Paşinyan hansı mənəvi haqla və hansı tarixinə, hansı şad gününə, hansı əməlinə görə şadlıq edirdi?  Bəlkə Qarabağı otuz ilə yaxın işğal altında saxladığına görə? Deməli, N.Paşinyan həm də bu səbəbə görə peşəkar siyasətçi deyil, qeyri-ciddi, xain və məkrli şəxsiyyətdir və kimlərin əlindəsə siyasi təlxəkdir, nəhayət yoldan ötən ictimai sərsəmin, sıradan istedadsız qəzetçinin birisidir. 

Əsl siyasətçi olsaydı, bizim tarixi torpağımızda sərxoş olub xalq rəqsimizi oynamaqla özünü dünyaya və xalqına "qalib siyasətçi" qismində göstərməzdi.  Yəqin zavallı Nikol natamamlıq kompleksləri yaşadığından özünü xalqına, özünə və arvadına bu üsulla "qəhrəman və qalib" obrazında tanıtmaq istəyirmiş. Hələ harasıdı: həmin "qəhrəman və qalib" Paşinyanın ictimai zənəni ərinin hakimiyyətə gəlişi münasibətilə İrəvandakı mavi gecədə adətinə rəğmən milyoner Soros dayısına eyhamlı "canan" baxışıyla gizlicə göz də vurmuşdu. Hələ harasıdı: N.Paşinyanın tayı-yarı Şuşaya özü kimi bir yığın "azadlıqsevər ictimai qadınları" toplayıb, utanmadan azərbaycanlıları "muğamat konsertinə" dəvət eləmişdi. Hələ harasıdı: o, özünün "sülhə və mədəniyyətə qulluq  missiyasından" bir şey alınmadığını görüb, hərbi geyimdə və əlində avtomat Şuşada erməni qadınlarına "hərbi təlim" keçməyə başlamışdı.

Demək zatən N.Paşinyanın bığ-saqqalı olsa da, qəhrəman kişi xisləti yox imiş. Zavallı bu bığ-saqqalla özünə "kişi yaraşığı" verib "demokratik" Qərb kişilərinə, bəlkə də tayqulaq erməni generalına oxşamaq istəyirmiş. Özünün avtomatla bir fotosu yoxdur, amma arvadının boynuyoğun hərbçilər qarşısında müxtəlif bədən pozalarında avtomat tutmasını dünyaya paylaşır. Kişidi bu. Babalarımız düz deyib: "donuzdan dövlət olmaz, ermənidən kişi." 
 

***

Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Ötən günlərdə onlarla doğma kənd və şəhərimiz, mədəniyyət abidələrimiz erməni işğalından azad olunub. Qəhrəman Azərbaycan ordusunun müzəffər yürüşü davam edir. Düşmən çoxlu sayda canlı və texniki itkilər verməkdədir. Artıq N.Paşinyan nə erməni əsgərinin, nə Şuşanın şəninə tost demək, nə də "qəhrəman" obrazı ilə yallı oynamaq iqtidarında və həvəsində deyil. Nikol Paşinyan da, hakimiyyəti də, ordusu da, qondarma "dqr"-in keçmiş və indiki qanunsuz rəhbərləri də xalqımızın haqq savaşı, güclü ordumuzun zəfərləri, Ali Baş Komandanımızın xalqla sarsılmaz birliyi, ağıllı və qəhrəman sərkərdəliyi, Prezidentimizin konstruktiv siyasəti, ədalətli mövqeyi və beynəlxalq nüfuzu qarşısında diz çöküblər. Ermənistanın bu döyüşdə məğlubiyyəti qaçılmaz məntiqi nəticəyə çevrilib. Ermənistan Qarabağ müharibəsini Azərbaycana uduzub - dünyanın gəldiyi yekun qənaət belədir. 

Bəlli olan bir də budur ki, ermənilərin puç olmuş arzularının, tarixi məğlubiyyətlərinn və işğalçı, yalançı, oğru, şər erməni xislətinin bariz nümunəvi rəmzi Nikol Paşinyan Qarabağda, Azərbaycan xalqının qarşısında bir daha qalibanə yallı oynaya bilməyəcək.

Heç öz ölkəsində də oynaya bilməyəcək. Oynasa da, ayrı bir havanı - məğlub və ifşa havasını oynayacaq. Beləliklə, N.Paşinyanın XXI əsrdəki Qarabağ məğlubiyyəti, əslində ermənilərin ən ağır tarixi, siyasi və mənəvi məğlubiyyətlərindən və cəzalarından biridir.     

***

Azərbaycan xalqının qədim rəqs mədəniyyəti olan Yallı birlik, qələbə,  möhtəşəmlik rəmzidir. Ermənilərin tarixən belə rəqsi olmayıb, dövlətləri və qələbələri də olmayıb. Onlara belə rəqsi oynamaq heç yaraşmır da. Çünki yallının birlik və qələbə ritmini, möhtəşəmliyini duya bilmirlər, belə xarakterləri yoxdur. 

Yaranmış müharibə situasiyasında və ordumuzun davamlı qələbələri fonunda N.Paşinyan artıq özünün matəm rəqsini oynayır. Ermənilər öz ölülərini hansı matəm havası ilə basdırırlarsa, demək, Ermənistan və dünya erməniləri həmin havanı lap yaxın günlərdə bütün erməni ordusuna da, N. Paşinyana da, A.Arutyunyana da, generallarına da, digər məğlub başbilənlərinə də ağlaya-ağlaya oxuyub-oynayacaqlar. N.Paşinyan bundan sonra Qarabağa - Azərbaycan ərazisinə bəlkə turist kimi gələ biləcək. Amma yox, yəqin bu da ona nəsib  olmayacaq. Çünki cinayətlərinə görə beynəlxalq hərbi tribunala veriləcək və  barəsində ən ağır cəza - ölüm hökmü çıxarılacaq.      

***

İndi N.Paşinyan öz ətrafı ilə labüd siyasi və hərbi məğlubiyyətinin dəhşətli və sağalmaz şokunu yaşayır. Psixikası onsuz da yerində olmayan bu bədbəxt terrorçu,  Sorosun "demokratiya toru"nda çabalayan bu kəmağıl erməni başbiləni, əlbəttə, Ermənistanın çıxılmaz məğlub və iflas durumundan əsəb sarsıntıları keçirir. Budur: çıxış yolu kimi nəticəsiz siyasi manipulyasiyalara, təmtəraqlı absurd bəyanatlara, gülünc "dahiyanə" təmkininə, faktuydurmalara, hüquq terminlərini əzbərləməyə, xarici ölkə başçılarına zəng edib yalvarmağa əl atır. Lap dənizdə boğulanın saman çöpündən yapışması kimi. Budur: efirdə, sosial şəbəkələrdə dili topuq vura-vura son "vətən monoqlarını" improvizə edir. Budur: Nikol Vovayeviç Qarabağımızdan öz işğalçı ordusu və terrorçu ətrafı ilə birlikdə böyük sürətlə qaçır, özü də məğlubcasına, qorxaqcasına qaçır.

 Yadına nə Cıdır düzü, nə yallı oynamaq, nə də verdiyi vədlər düşür. Hərdən qorxu və təşviş içində gözlərini bərəldib, cır səslə və "qəhrəmancasına" hərbə-zorba gəlməsi isə Ermənistanın Qarabağ müharibəsindəki tarixi, siyasi və mənəvi məğlubiyyətinin (ölüm faktının) son simptomlarıdır. Hətta bu vəziyyətində bəzi xarici ölkələrin "dudkasına" yenidən oynamaq niyyətindən də əl çəkmək istəmir. Babalarımız bu yerdə yaxşı deyib: "utanmasan oynamağa nə var ki".

Doğrudan da ermənidən humanistlik gözləmək ulaqdan mərifət, cahildən ağıl, cəlladdan ədalət gözləmək kimi bir şeydir. 
İndi Ermənistanın baş naziri N.Paşinyanın dünyada yeganə bir oynamaq havası qalıb, o da məğlubiyyət mərsiyəsidir, biabırşurdur, vəssalam. Onun məğlub-matəm havasının son akkordlarını isə inşallah Azərbaycanın müzəffər ordusu yekun qələbələri ilə vuracaq. Elə həmin tarixi andan da Qarabağda xalqımızın qələbə himni - "Koroğlu" Uverturası səslənəcək: "Qarabağ Azərbaycandır və nida işarəsi!"   
        
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı