Krım erməniləri Dağlıq Qarabağda döyüşə göndərilir
22-10-2020 [16:08]
Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün hazırda Krım ərazisində könüllülərin toplanması üçün tədbirlər davam etdirilir.
"Krımın Yenidən İnteqrasiyası Assosiasiyası"nın (ARK) mütəxəssisləri bildirir ki, bu prosesə şəxsən "Krımın rəhbəri" Sergey Aksyonovun dəstək verir.
Ermənistan ordusunun səfərbərlik ehtiyatlarını artırmağa yönəlmiş bu fəaliyyətin təşəbbüskarı isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "Baş naziri" Anuşavan Danielyandır.
Ukrayna, Ermənistan və Rusiya vətəndaşlığı olan Danielyan, 1983-1998-ci illərdə Krımda yaşayıb, 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər Krım Muxtar Respublikasının Ali Radasının sədr müavini vəzifəsində çalışıb və “Krım Erməni Cəmiyyəti” nin rəhbəri olub.
Ona qarşı korrupsiya qalmaqallarından və ittihamlardan sonra Danielyan Ermənistan Respublikasına qaçıb.
Hazırda Danielyan Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nəzarəti altında Krım ermənilərinin lobbiçilik fəaliyyətinə rəhbərlik edir, o 2014-cü ilin "Krım baharı" hadisələrində diasporun, eləcə də Ukraynanın şərqindəki münaqişədə döyüşmək üçün erməni Qarabağ muzdlularının cəlb olunmasında aktiv iştirak edib.
2020-ci il oktyabr ayının əvvəllərindən etibarən Krımın erməni icması erməni din və mədəniyyət xadimləri ilə birlikdə Krımın hakimiyyət nümayəndələrinin dəstəyi, ilk növbədə "Salem" qrupundan və Aksyonovun şəxsən köməyi ilə Krımda "azərbaycanlıların qurbanı olan erməniləri ehtiyacları üçün" yardım kampaniyası təşkil edib və ilk həftə ərzində təxminən 10 milyon rubl yığılıb.
Ayrıca, cəmiyyət Aksyonovun dəstəyi ilə erməni dini və mədəni qurumlarının yerləşdiyi Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində könüllüləri - "Artsaxın müdafiəçiləri”ni toplamaq üçün kampaniya təşkil edib.
5 oktyabr 2020-ci il tarixindən etibarən Simferopol hava limanından Krımdan olan 150-dən çox "könüllü" Rostov-Don, Moskva, Krasnodar və Soçi üzərindən transferlə İrəvan hava limanına aparılıb. Bu "könüllülərin" bəziləri isə artıq döyüş əməliyyatlarında iştirak edir. Hazırda Krım ermənilərinin döyüş əməliyyatları zamanı itkiləri dəqiqləşdirilir/APA.
"Trabzonspor" "Başakşehir"i devirdi, super kuboku qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zurabişvili: “Gürcüstan, Azərbaycan, Ermənistan Qafqazı tərəqqi regionuna çevirməlidir”
Bu keçmiş hakimlər vəkil oldu - SİYAHI
Keçmiş hakimlər Vəkillər Kollegiyasının üzvü oldu
Koronavirus səbəbindən ürək-damar xəstəlikləri geniş vüsət alacaq
Zərif Paşinyanla görüşdə: “İran Qarabağ məsələsində ərazi bütövlüyünün tərəfdarıdır”
Mikayıl Cabbarovdan SOCAR-la bağlı mesaj: "Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək və..."
Rusiyanın üç telekanalının Ermənistanda yayımına icazə verilib
Putindən Qarabağla bağlı daha bir açıqlama: "Üçtərəfli bəyanat ardıcıl həyata keçirilir”
Müdafiə Nazirliyi Füzulidən yeni görüntülər yayıb - VİDEO
Sabahdan hava pisləşəcək - Xəbərdarlıq
Baş nazirin keçmiş müavininin qızı məhkəmə hakimi təyin ediləcək
“Nar” onlayn təhsilalanlar üçün yeni internet paketi təqdim edib
Prezident QHT-lərlə bağlı fərman imzaladı
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gürcüstan XİN: “Regional platformanın yaradılması üçün Cənubi Qafqazın üç ölkəsi arasında dialoq tələb olunur”
Goranboyda silah-sursat tapılıb
Kamerunda yol qəzasında 53 nəfər ölüb, 29 nəfər yaralanıb
XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
"Amrah Bank"ın sahibinin oğlunun həbs müddəti uzadılıb
Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"
Daha 64 dövlət əmlakı hərraca çıxarılacaq
Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib
Azərbaycan və Türkmənistan dostluğu...
“Baklift-1”in rəisinə hökm oxundu
Rusiyada qaz hasilatı artırlacaq
Yerevanda uşaq girov götürülüb
Prezident Şuşanın xüsusi nümayəndəsini qəbul etdi: "Üzərinizə çox böyük məsuliyyət düşür"
Fuad Nağıyev: “Qaydalara əməl etməyən hotellər cərimə olunacaq”
İcra başçısı yeni şöbəyə müdir təyin edib
Sabahın hava proqnozu açıqlandı
İcra başçısı: "Bizim bu məsələdə heç bir iştirakımız yoxdur, yəqin ki, Müdafiə Nazirliyi qərar verib” - Şəhid məzarları ilə bağlı qalmaqal
Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM
Nazirlik: "Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək"
İran və Ermənistan XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edib