Almaniyanın “Verder” klubu tam heyətlə karantinə alınıb

Almaniyanın “Verder” klubu tam heyətlə karantinə alınıb

İDMAN

22.10.2020, 15:07

Almaniyanın “Verder” klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Bu xəbəri Bundesliqa təmsilçisi yayıb.

Bildirilib ki, aparılan testlərin nəticəsi yalnız bir futbolçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin şəxsin səhhətinin yaxşı olduğu vurğulanıb. Klubun tibbi personalının qərarına əsasən, növbəti testin nəticəsi açıqlanana qədər bütün futbolçular və məşqçi heyəti karantinə alınıb. Bu səbəbdən bugünkü məşq ləğv olunub.

Sabah aparılacaq testlərdən sonra bütün kollektivin nəticəsi neqativ olarsa, komanda məşqləri bərpa edə biləcək.

Qeyd edək ki, “Verder” Bundesliqanın V turunda oktyabrın 25-də “Hoffenhaym”ı qəbul edəcək/Apasport.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR