FÜZULİ, CƏBRAYIL və ZƏNGİLANIN BU KƏNDLƏRİ DƏ İŞĞALDAN AZAD EDİLDİ - Prezident yeni siyahını açıqladı

img

21-10-2020 [20:25]


"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Mia.az xəbər verir ki, bu sevincli xəbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində paylaşıb.

Prezident daha sonra Cəbrayıl və Füzuli rayonlarının azad olunan digər kəndlərinin adlarını açıqlayıb:

"Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!.

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini də işğaldan azad edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq