Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifədən çıxarıldı

img

21-10-2020 [19:24]


Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tutduğu vəzifədən azad edilib.

Məlumata görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Qeyd edək ki, M. Şükürov 2015-ci il noyabr ayından Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı. 

O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.

Mehman Şükürov

Onun yerinə hələlik təyinat olmayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA