"Erməni nazir təyyarəsində eşidəcək ki, artıq Şuşa Azərbaycan Ordusunun nəzarətindədir..." - Politoloqdan maraqlı açıqlamalar

img

21-10-2020 [18:34]


“Bu, böyük tarixi proses, hərbi əməliyyatdır. Böyük dünya gücləri də burada iştirak edir və hamının da qəti mövqeyi belədir ki, Ermənistan Rusiyadan qoparılmalıdır, Rusiya Cənubi Qafqazdan çıxarılmalıdır və Azərbaycan Qarabağı özünə qaytarmalıdır. Azərbaycan Ordusu da bunu yüksək göstəricilərlə həyata keçirir. Eşq olsun, bizim Ordumuza! Hərbi əməliyyatlar uğurla həyata keçirilir”.

Mia.az xəbər verir ki, bu fikirləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə Qarabağ konflikti və onun həlli yollarından danışarkən deyib.

Z. Əlizadə Ermənistan Xarici işlər naziri Zohrab Mnataskanyanın Moskva səfərini də qiymətləndirib: “Moskva səfərində məqsəd Rusiyanın mövqeyini öyrənməkdir. Amma mən hesab edirəm ki, indiki halda Rusiyanın mövqeyindən çox az şey asılıdır. Hadisələr elə sürətlə inkişaf edir ki, ola bilsin, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Vaşinqtona gəlib çatanda, artıq Qubadlı rayonu və Kəlbəcərin yarısı Azərbaycan Ordusunun nəzarətinə keçəcək”.

Z. Əlizadənin fikrincə, Ermənistan Vaşinqton görüşü öncəsi Rusiyanın mövqeyini öyrənsə də, əslində, bundan çox az şey asılıdır.

Politoloqun qənaətincə, mümkündür ki, Xarici işlər nazirləri Vaşinqtonda ortaq məxrəcəyə gəlməyib geri qayıdanda erməni nazir təyyarəsində eşidəcək ki, artıq Şuşa Azərbaycan Ordusunun nəzarətindədir: “Mnataskanyanın təyyarəsi İrəvan hava limanına düşəndə görəcək ki, Qarabağda qalan 15-20 min erməni artıq Yerevana çatıb”.

 Z. Əlizadə hesab edir ki, indiki halda erməni cəmiyyəti və siyasi elitasının birləşməsi də heç nəyi həll etməyəcək: “Axı onlar birləşib nə edəcəklər? Cəbhədə Azərbaycana qarşı dirəniş göstərəcəklər?

Məsələn, bizim müxalifət son 20 ildə fərqli adlar altında birləşib, əvvəl SİDSUH, sonra Milli Şurada bir araya gəldi. Nəticəsi oldumu? Yox! Erməni cəmiyyətinin, fərqli kateqoriyaların birləşməsi ilə hər şey həll edilmir. Sıfır, üstəgəl sıfır, üstəgəl sıfır... Yəni nəticə yenə sıfır olacaq. Ermənistanda real güc yoxdur. Erməni cəmiyyəti zəka baxımından gerçək dünyanın tələblərindən geri qalır. Bir dəfə gerizəkalıq edəcəksən, ikinci dəfə edəcəksən, üçüncü səhvin olacaq, birləşdikdə də, heç nə alınmayacaq və nəticə sıfır olacaq. Mən yüz faiz deyirəm ki, Azərbaycan cəmiyyətinin ürəyində olanlar həyata keçəcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı