SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xətti çəkir - FOTOLAR

img

21-10-2020 [17:32]


Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə "SOCAR Georgia Gas" MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaqdır: ""SOCAR Georgia Gas" MMC 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikntisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2 483 potensial abonent qazla təmin olunacaqdır.

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılıb. Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1 111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR