"Özlərinin qəbul etdikləri qətnaməni kənaraq qoyublar, bizdən atəşkəs istəyirlər" - Politoloqdan BMT qətnamələri ilə bağlı şərh
21-10-2020 [14:43]
Ermənistan silahlı qüvvələri tərəfindən 27 il əvvəl əraziləri işğal edilən Azərbaycan daim beynəlxalq hüquqa hörmət və humanizm ənənəsinə sadiqlik nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Azərbaycan ərazisinin işğaldan azad edilməsi bir neçə qətnamə çıxarıb. 1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.
BMT TŞ-nin 3313 saylı iclasında yekdilliklə qəbul edilən qətnamədə aşağıdakı bəndlər yer alır:
Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə" uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
Ancaq təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri 27 il müddətində icra edilmədi, yalnız kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq, öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı.
Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.
Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir
Ən paradoksal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.
27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında bildirib ki, Azərbaycan 27 il bu qətnamələrin icrasını gözləyib:
“Gözlədik ki, bu qətnamələr icra olunar. Halbuki özümüzə də aydın idi ki, bu qətnamələri qəbul edən təşkilat qətnamələrin icrasını təmin etməyəcək. Danışıqlar da nəticə vermədi. Ermənistan işğalçı siyasətindən vaz keçmədi və mərhələli həll planına əməl etmədi. Ona görə də Azərbaycan hərəkətə keçdi və özü qətnamələrin icrasını təmin etdi. Qəribədir ki, bu günlərdə BMT TŞ toplanaraq müharibə ilə bağlı fikrini bildirib, amma atəşkəs və danışıqlar çağırışları edərkən öz qətnamələrinə istinad etmir. Sanki özlərinin qəbul etdikləri qətnaməni kənaraq qoyublar, bizdən atəşkəs, danışıqlar tələb edirlər. Bu, nonsensdir”.
E.Şahinoğlu əlavə edir ki, digər beynəlxalq təşkilatlar - Avropa Şurası Parlament Assambleyası, hətta NATO Parlament Assambleyası da zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər:
"Dünən dövlət başçısı İlham Əliyev də açıqlamasında bunu qeyd etmişdi. Torpaqlarını azad edən Azərbaycan hazırda həm də bu qətnamələrin icrası ilə məşğuldur və qətnamənin tələblərinin yerinə yetirilməsinə çalışır”.
Siyasi şərhçi vurğulayır ki, hətta həmin qətnamələr olmasaydı belə, Azərbaycanın öz ərazilərini işğaldan azadetmə əməliyyatları beynəlxalq hüquqa uyğundur:
“Azərbaycanın torpaqları işğal edilib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı da Azərbaycan ərazisi kimi tanıyıblar. Hətta qətnamələr olmasaydı belə, bu hərbi əməliyyatlara başlamağa Azərbaycanın tam ixtiyarı çatırdı. Bu, BMT-nin nizamnaməsində və digər sənədlərdə də yer alır. Amma BMT-nin 4 qətnaməsi əlimizi daha da gücləndirir ki, siz 27 ildə bunu təmin edə bilmədiniz, biz özümüz təmin edirik. Buna tam haqqımız çatır”.
Beləliklə, bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir/Report.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər