SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir - FOTOLAR
21-10-2020 [10:57]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - “SOCAR Energy Georgia” ölkənin Laqodexi bələdiyyəsinin ərazisində 18 000 azərbaycanlının yaşadığı Qabalı kəndində uşaq bağçasının təməlini qoyub.
Mia.az SOCAR-a istinadla xəbər verir ki, təməlqoyma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodehi meri Condo Mdivnişvili, Laqodehi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak ediblər.
100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1242 kvadrat metrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.
SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayb və indiyə qədər minlərlə yeni iş yeri yaradıb. Hazırda şirkətin Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir.
“SOCAR Energy Georgia” 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət, 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb