Azərbaycanda daha 584 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

20-10-2020 [17:32]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA