Qazaxıstan səfiri: "Gəncəyə daha bir raket hücumunu qətiyyətlə qınayıram"

img

20-10-2020 [16:14]


“Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşərək regionda sülh və sabitliyə təhdid yaratmasından ciddi narahatlığımı bildirirəm”.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

“Beynəlxalq humanitar hüquq qarşısındakı öhdəlikləri də nəzərə almaqla dinc şəhərləri, dinc əhalini, mülki obyektləri atəşə tutmağı yolverilməz, insanlıqdan kənar əməl hesab edirəm. Bununla bağlı Gəncə şəhərinə daha bir raket zərbəsini, nəticədə məsum uşaqlar da daxil olmaqla dinc sakinlərin öldürülməsini qətiyyətlə pisləyirəm”, – deyən səfir həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa dilədiyini söyləyib.

“Qazaxıstan Respublikasının daha əvvəl də səsləndirilmiş və dəyişməz qalan mövqeyi çərçivəsində bu münaqişənin beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyü prinsipinə, BMT Təhlükəsizlik Şurasına əsasən dinc yolla həllinin vacibliyini bir daha təsdiq etmək istərdim”, – diplomat fikrini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR