Göygöldə evə gecəyarı basqın olub - Ər-arvada xəsarət yetirərən soyğunçu saxlanılıb

img

20-10-2020 [13:07]


Göygöldə ər və arvada xəsarət yetirərək soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rayon Polisi Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib oradan 600 manat pul və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub