Heykəltəraş Ömər Eldarov: "Koronavirusa yoluxmamışam"

img

20-10-2020 [12:54]


Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Ömər Eldarov koronavirusa yoluxmadığını açıqlayıb.

O, bildirib ki, COVID-19 testi neqativ çıxıb: "Xəstəxanada olarkən jurnalistlərdən mənə zəng etmişdilər. Mən də xəstəxanada olduğumu, koronavirus testi verməyə gəldiyimi dedim. Onlar da yazıblar ki, nəticəm pozitiv çıxıb. Amma bu, doğru deyil. Nəticəm də neqativ çıxıb, koronavirusa yoluxmamışam. Özümü də yaxşı hiss edirəm"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR