Avropa Liqası: “Makkabi” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

img

20-10-2020 [12:10]


Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Məlumata görə, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb.

Qarşılaşmada Con Biton ədalət təmsilçisi olacaq. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı hakim-inspektor Milan Karadziç qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR