Azərbaycanda daha 331 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

19-10-2020 [15:31]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb: "Hazırkı dövrədək ölkəmizdə 45 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 521 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb. Bugünkü test sayı isə 4 612-dir".


Digər xəbərlər
SON XƏBƏRLƏR