Goranboyda polislər sakinlərə maska payladı - FOTO

img

19-10-2020 [14:30]


Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısına sosial məsafənin təmin olunmasına nəzarət edir. 

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları sakinlərə  xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR