"Barselona" gənc futbolçuya görə məhkəməyə verildi

img

19-10-2020 [14:06]


Argentina təmsilçisi "Boka Xuniors" İspaniyanın "Barselona" klubundan məhkəməyə şikayət edib.

Bu barədə "Boka Xuniors"un prezidenti Amor Ameal "Marca"ya açıqlamasında bildirib.

Funksioner 18 yaşlı futbolçu Santyaqo Minqonun transferi ilə məhkəməyə müraciət etdiklərini söyləyib: "Baş verənlər həddindən artıq çirkindir və çox pis təsir bağışladı. Əvvəlki rəhbərik Minqo ilə pis davrandı. Bilmirəm o zaman onun nümayəndəsi olubmu? Bu gün hüququmuzun olduğuna inandığımız üçün "Barselona"nı məhkəməyə veririk. Heç kimin səhv nəsə etməsinə icazə vermək istəmirik. Minqonun potensialı var idi, "Barselona" pis oyunçu ilə müqavilə bağlamazdı".

Qeyd edək ki, Santyaqo Minqo "Boka Xuniors"un gənclər komandasında çıxış etsə də, azad agent kimi "Barselona"ya keçib. Onunla klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR