ƏN ÇOX BAKIDA, ƏN AZ İSƏ... - Azərbaycanda koronavirusun bölgələr üzrə yoluxma statistikası açıqlandı

img

19-10-2020 [11:22]


Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb.

Mia.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma halları Bakının  rayonlarındadır.

Rəsmi məlumata əsasən, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda  0.3 faiz təşkil edir.

Bölgələr üzrə ən çox yoluxma halları isə Abşeronda yaşanır. Belə ki, bu rayonda yoluxma 14. 9 faiz, Aran zonasında 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda isə yoluxma 0.09 faizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR