Türkiyə parlamentinin spikerindən Qarabağla bağlı açıqlama: "Həyəcanla izləyirik"

img

19-10-2020 [10:40]


“Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

O qeyd edib ki, bu münasibətlər tarixən ən yüksək səviyyədə olub: “Əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Bakıda Şəhidlər Xiyabanında Türkiyədən gələrək döyüşüb şəhid olanların abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız Azərbaycan vətəndaşları qədər həyəcanla izləyirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR