Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.
Mia.az-ın xəbərinə görə, Səbail rayon Məhkəməsinin qərarı ilə İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu gün XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev də ev dustaqlığına buraxılıb.