Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini M.Kərimova vurulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.