Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.