Səbail rayonu, Yeni Salyan şosesi 22-də (Jurnalistlərin binasının qarşısında) yol qəzası baş verib.
Mia.az xəbər verir ki hadisə nəticəsində "Toyota Land Cruiser" və "Opel" markalı avtomobillər toqquşub.
Maraqlı budur ki, həmin hadisədən az sonra əks istiqamətdə daha bir qəza baş verib.
.Qəza nəticəsində ölən və yaralanan olmayıb, ancaq maşınlara ciddi zərər dəyib.