Salyanda ər arvadını qətlə yetirib.

Məlumata görə, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.

N.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/APA