"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov qətlə yetirilməzdən əvvəl videoya çəkilib.

Mia.az xəbər verir ki, N. Səlifovun ölümündən əvvəl həmin video sosial şəbəkədə yayılıb.

Videonu “qanuni oğru”nu öldürməkdə şübhəli bilinən "Xan Əhmədlinski"nin lentə aldığı bildirilir. Onların eyni oteldə qaldığı görünür.

Türkiyə mediası "Lotu Quli"nin "Xan Əhmədlinski"ni bir müddət əvvəl cangüdəni kimi işə götürdüyünü yazıb.