Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən xəbərə görə,  daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş  Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.

Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb. 
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.