Biləsuvarda bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyaytı Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində X.Süleymanovanın bank hesabından 750 manat pul oğurlamaqda şübhəli bilinən qohumu M.Süleymanov saxlanılıb.