"Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar: "Ki, o, hansısa hadisəni işıəqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”.