Sosial şəbəkədə müğənni Nadir Qafarzadənin bir neçə il əvvəl açıqlamasında dediyi "Professorun da, mənim də soyuducuma baxın. Soyuducum doludur" sözləri yayımlanıb.
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçinin reaksiyası isə paylaşıma sərt olub.
İfaçı "İndi toylar dayanıb. Nadir şikayət edir ki, soyuducum boşdur. Oturub professorun peyvənd tapmasını gözləyir" sözlərinə nadir belə cavab verib:
"Nadirin soyuducusu hər zaman doludur. İndi də Mərdakanda villasında dincəlir. On il də toy olmasa, onun vecinə deyil. Öz gününzə ağlayın".