Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü Rəcəbli Əli Əlixan oğlu mübahisə zəminində 3 bıçaq xəsarəti alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun boyun nahiyəsində, döş qəfəsində və baldır nahiyəsində kəsilmis-deşilmis bıçaq yaraları aşkarlanıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb/Report.