Goranboy rayonunda mağazada oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2 000 manat və oradakı seyfdən 4 000 manat oğurlamaqda şübhəli bilinən Sarovlu kənd sakini A.Qiyaslı və Göygöl rayon sakini B.Məmmədov saxlanılıb.