Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, ümumi çəkisi 5 ton 600 kq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.