Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bakı Dairəvi Yolunda qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet “Renault” markalı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində olan sürücü və sərnişin xəsarət alıb. Motosikletin sürücüsü isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.