Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.

Bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Özləm Zəngin bildirib.

O deyib ki, məqsəd sosial şəbəkələrin bağlanması deyil: “Sosial şəbəkələrin həyatımızdakı yerinin fərqindəyik. Sosial şəbəkələrdə təhqirə, söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”.

Ö. Zengin qeyd edib ki, qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq/APA.