Ukraynanın qərbində yerləşən Lutsk şəhərində naməlum şəxs avtobus sərnişinlərini girov götürüb.
“Hromadske” xəbər verir ki, avtobusda azı 20 sərnişin var.
Məlumata görə, həmin şəxs silahlıdır və üzərində partlayıcı qurğu var.
Bildirilib ki, hadisənin baş verdiyi yerdə atəş səsləri eşidilib/Report.