“Mən Azərbaycan jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər”.

Mia.az bildirir ki, bunu Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, jurnalistlər vətəndaşları dolğun, düzgün məlumatlandırmağa çalışırlar: “COVID-19-a yoluxub həyatını itirən jurnalistlərə rəhmət diləyirəm. Jurnalistlərin hamısının testdən keçirilməsinə gəlincə, müzakirə edərik, cavab verməkdə çətinlik çəkirəm”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Operativ Qərargahda sosial məsafə gözlənilir: “Gələcəkdə onlayn mətbuat konfransı da keçirilə bilər”.