Əməkdar artist Nahidə Orucova həyat tərzindən danışıb.
Aktrisa sürətlə arıqlamağının səbəbini açıqlayıb: "Həmkarlarıma demişdim ki, arıqlayacam və sizin ölçüdə olacam. Etdim də. Hələ arıqlamağa davam edirdim, amma gördüm ki, dayanmaq lazımdır".
"Gündən-günə" proqramının qonağı olan Əməkdar artist deyib ki, arıqladıqdan sonra bir çox rolundan da kənarlaşıb. Aktrisa artıq çəki atmaqla şarmını itirdiyini etiraf edib:
"Obrazlarıma xələl gəldi. Görürəm ki, artıq bir çox obraza uyğun deyiləm. Şarmımı itirdim. İndi tam başqa viddəyəm. Ömürboyu arzulamışam ki, fransız qadınlarına oxşayım".
Yenisabah.az