İyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.