Gəncədə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 13-dən iyunun 1-dək olan müddətdə Gəncə şəhər sakinləri olan 4 qadının çantalarından pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənova saxlanılıb.