Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun idmançı olduğu müəyyənləşib.

"Report"un məlumatına görə, Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub.

O, 20 fevral 1987-ci ildə Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, idmançı kimi nailiyyətlərini Bakıya gəldikdən sonra əldə edib.

Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-cu ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.