Bakıda keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyaytı Bakı Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də G.Tanrıverdiyevanın içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Alışov saxlanılıb.