Müğənni Damla maraqlı açıqlamaları ilə diqqət çəkib.
Mia.az xəbər verir ki, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı şəxsi həyatı haqda danışıb.
O, köməkçisi Şamillə sevgili olmadığını, hələ ki, müğənni-prodüser münasibətləri olduğunu bildirib:
"7 ildir artıq Şamilnən bir yerdəyik. 3-4 ay məsafə olmuşdu aramızda. Moskvada da neçə ay ancaq Şamilin üzünü görürdüm. Əslində, böyük sevgilər ya nifrətlə, ya da dostluqla başlayır. Mən o qədər demişəm ki, olmaz, ola bilməz, amma vaxtı zamanı gəlib, həmin şeyləri yaşamışam. Ona görə qorxuram nəsə deməkdən ki, vaxtı gələr sözümü danaram. Amma hələki müğənni - prodüser münasibətlərimiz var".