Sumqayıt şəhərində baş verən kütləvi bıçaqlanmada xəsarət alan və ölənlərin kimliyi məlum olub.
Məlumata görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb.
Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Sumqayıtda 10-cu mikrorayon ərazisində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.